Əbülfəs Qarayev Kolumbiya Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Luis Antonio Dimate Kardenası qəbul edib

Əbülfəs Qarayev Kolumbiya Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Luis Antonio Dimate Kardenası qəbul edib

Oktyabrın 10-da Mədəniyyət naziri Əbülfəs Qarayev Kolumbiya Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Luis Antonio Dimate Kardenası qəbul edib.

Gununsesi.org xəbər verir ki. Nazirlikdən verilən məlumata görə, Ə.Qarayev ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edib, uğurlar arzulayıb. Mədəniyyət sahəsində nəzərdə tutulan layihələr barədə məlumat verən nazir Kolumbiya tərəfini ölkəmizdə keçiriləcək beynəlxalq mədəniyyət tədbirlərində fəal iştiraka dəvət edib.

Görüşdə həmçinin gələcək əməkdaşlıq istiqamətləri, o cümlədən qarşılıqlı mədəniyyət günlərinin təşkili, iki ölkənin mədəniyyət müəssisələri arasında birbaşa əlaqələrin təşviqi və perspektivləri barədə müzakirə aparılıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Luis Antonio Dimate Kardenas Azərbaycanla Kolumbiya arasında mövcud əlaqələrin daha da inkişaf edəcəyinə inamını ifadə edib.

 

 

 

 

Gununsesi.org

COMMENTS