Ədalət Şükürov mülklərindən danışdı- Qarajımda 3 maşın var

Ədalət Şükürov mülklərindən danışdı

Əməkdar artist Ədalət Şükürov mülkləri barədə danışıb. Gununsesi.org xəbər verir ki, müğənni “5-də 5” proqramında qonaq olarkən qarajında olan avtomobillərin sayını açıqlayıb.

“Qarajımda 3 maşın var. Bunu heç kəsdən gizlətmirəm. Yoldaşım, oğlum, qızım və mənim avtomobilim var. Oğlumla mən “Mercedes” sürürük”, -deyə sənətçi bildirib.

 O, aparıcı Zaur Kamalın “deyirlər ki, Ədalətin 5 evi var” fikrinə isə “Beş yox, bizim iki evimiz var” deyə cavab verib.
 Gununsesi.org

COMMENTS