Əfqanıstanda partlayış baş verdi- 3 ölü, 45 yaralı

Əfqanıstanda partlayış baş verdi

Əfqanıstanda Milli Təhlükəsizlik Direktoratı binasının yaxınlığında partlayış olub.

Gununsesi.org-un məlumatına görə, bu barədə “RİA Novosti” yerli mənbəsinə istinadən xəbər verib.

Hadisənin ölkənin cənubunda yerləşən Kalat şəhərində baş verdiyi məlumdur. Avtomobilin partlaması nəticəsində yerli xəstəxana binası zərər çəkib. Hadisə 3 nəfərin ölümünə, 45 nəfərin yaralanmasına səbəb olub. Xəsarət alanların vəziyyəti barədə məlumat verilmir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org

COMMENTS