Əli Abdullayev Ağstafada vətəndaşlarla görüş keçirdi

Əli Abdullayev Ağstafada vətəndaşlarla görüş keçirdi

Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Tovuz şəhərində, nazirin birinci müavini Əli Abdullayev Ağstafada vətəndaşlarla görüşüb.

Gununsesi.org xəbər verir ki, nazirin qəbulunda Tovuz və Qazax rayonları, nazirin birinci müavininin qəbulunda Ağstafa sakinlərinin müraciətlərinə baxılıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi nəqliyyat, telekommunikasiya, poçt xidmətləri və digər məsələlərlə bağlı vətəndaşları dinləyib.Bir sıra vətəndaş müraciətləri yerindəcə öz müsbət həllini tapıb.

Araşdırılması tələb olunan müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq həlli ilə əlaqədar nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Eyni zamanda, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan müraciətlər müvafiq qurumlara ünvanlanması üçün qeydiyyata alınıb.

 




Gununsesi.org

COMMENTS