Əməkhaqqının artırılması nəticəsində bu qədər vəsaitin anidən dövriyyəyə daxil olması inflyasiya təzyiqi yaradır- ƏLİ MƏSİMLİ

Əməkhaqqının artırılması nəticəsində bu qədər vəsaitin anidən dövriyyəyə daxil olması inflyasiya təzyiqi yaradır

“Əməkhaqqı və digər sosial ödənişlərin artırılmasının iqtisadi əsası möhkəmləndirilməlidir”.

Gununsesi.org xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxışı zamanı deputat Əli Məsimli bildirib.

Onun sözlərinə görə, maaşların artırılması iqtisadi fəallığın artmasına təsir göstərəcək: “Bu həm nəzəriyyədə, həm də praktikada belədir. Hökumət rıçaqları işə salmaqla, xüsusən də regionlarda kiçik və orta sahibkarlığın qarşısında duran maneələri aradan qaldırmaqla xeyli dərəcədə bu situasiyadan istifadə edib rayonlarda iqtisadi fəallığı artırmalıdır. Bu isə büdcəyə proqnozlaşdırılmayan kifayət qədər əlavə vəsaitin daxil olmasına gətirib çıxara bilər”.

Ə.Məsimlinin sözlərinə görə, əməkhaqqının artırılması nəticəsində bu qədər vəsaitin anidən dövriyyəyə daxil olması inflyasiya təzyiqi yaradır: “Yaxşı, inflyasiya təzyiqinin nə qədər hissəsi real tələbatdan, nə qədər hissəsi süni qiymət artımından doğan olacaq? Yəni həmin təzyiqin nə qədər hissəsi realdır? Çox uzağa getmədən, 2019-cu ilin mart ayında minimum əməkhaqqı 40% qaldırılan zaman kəsiyində gedən proseslərin konteksində analiz etsək, maraqlı bir nəticə meydana gəlir. Belə ki, minimum əmək haqqı 40% artırılmayana qədər – 130 manatdan 180 manata çatdırılmayana qədər Azərbaycanda inflyasiya 1,9% idi. Bu ilin martında minimum əməkhaqqı artandan sonra inflyasiya 2,5% oldu. Aprel və may ayında 2,4% olub. Hər bir halda, ərzaq məhsulları üzrə inflyasiya ilə bağlı rəqəm bir qədər yüksək olsa da, ikirəqəmli ola bilməz. Bu, o deməkdir ki, hökumət, məsələn, İqtisadiyyat Nazirliyinin xüsusi strukturu və digər strukturlar öz rıçaqlarından səmərəli istifadə etsə, yalnız sezon xarakterli məhsullarda qiymət dəyişikliyi olacaq və bu inflyasiyanın bir hissəsi tələb-təklif nəticəsində formalaşan olacaq. Hökumətin rıçaqlarından səmərəli istifadə olunsa, inflyasiyanın səviyyəsinin gözlənilən həddə qalxmamasına nail olunacaq, həmin rıçaqlardan ciddi istifadə olunsa, süni qiymət artımının da qarşısını almaq mümkün olacaq”.

COMMENTS