Ərini yatılı qoyub efirə gələn Şəbnəmə həmkarından

Ərini yatılı qoyub efirə gələn Şəbnəmə həmkarından

Müğənni Səidə Dadaşova qonağı olduğu “5/5″də bəzi həmkarlarının ailə həyatlarını müzakirə edib.

Gununsesi.org xəbər verir ki, xanım ifaçı yeganə övladı Rafaelin atası olan həyat yoldaşının (Məhəmməd) şəxsi həyatda olduğu qədər sənətində də yanında olduğunu qeyd edib.

Səidə bu barədə danışarkən bəzi həmkarlarının bostanını daş-qalaq etmədən də keçməyib:

“Bizim aramızda hörmət var. O, nə deyrisə mən baş üstə deyirəm. Ümumiyyətlə, elə olmalıdır. Çünki biz ailəyik də! Biz fırıldaq, yalandan ad edən, o cür ailələrdən deyilik. Bəziləri çıxıb deyir ki, “Mən müğənniyəm. Hara istəyirəm çıxıb gedə bilərəm”. Deyirəm “Başa düşmürəm! Bu kişi bəs evdə nə edir? Deyir “Kişi evdə yatır” (gülür). Mənim yoldaşım həmişə yanımdadır. İşlərimi yoldaşım görür. Mən başqa kimə etibar edəcəm bu həyatda?!”

Xatırladaq ki, aylar öncə “Hər şey daxil”in qonağı olan Şəbnəm Tovuzlu efirdə “Mən 5 ildir ailə qurmuşam. Ailə qurmamışdan öncə də bilənlər bilir ki, qazanan xanım olmuşam. Bu şəxs bilir ki, mən ailəmi sevdiyim kimi sənətimi də sevirəm. Bu gün o evdə yatır, mən gəlmişəm efirə. Hələ bəh-bəhlə də oturub baxır. Çünki sənətimi sevir, hörmət edir” demişdi.

Qeyd edək ki, bu, Səidənin və Məhəmmədin ikinci ailə həyatlarıdır. Şəbnəm isə hacı Rafiq kimi tanınan iş adamı ilə evlidir.

COMMENTS