Məşhur vəkilin fəaliyyətinə qoyulmuş məhdudiyyət müddəti başa çatdı

Məşhur vəkilin fəaliyyətinə qoyulmuş məhdudiyyət müddəti başa çatdı

Azərbaycanın görkəmli vəkillərindən biri olan Əsabəli Mustafayevin fəaliyyətinə qanunsuz olaraq qoyulmuş 1 illik məhdudiyət başa çatıb.

Bu barədə Gununsesi.org-a adıçəkilən vəkilin özü bildirib: “Vəkillik fəaliyyətimə qoyulmuş 1 illik məhdudiyyətin müddəti yekunlaşdı və fəaliyyətim bu gündən bərpa olunur. Əslində bu dövrdə hüquqşünas qismində fəaliyyətimdə bekarçılıq olmamışdır. Həmin dövrdə 200-dən artıq şəxsə pulsuz hüquqi yardım göstərilmiş, onlarla yeni iş Avropa Məhkəməsinə göndərilmiş, onlarla iş üzrə kommunikasiya aparılmışdır. Bu gün gördüyüm ilk iş həbsdə olan müvəkkillərimlə görüşlərin bərpası üçün tədbirlərin görülməsi olmuşdur. Ötən dövrdə həbsdə olanların sayı kəskin azalsa da, bəziləri hələ də məhkumluq həyatı yaşayırlar. Vəkil qismində yeni işlərə başlamağım bir müddətdən sonra mümkün olacaqdır. Bu hal vəkillik fəaliyyətində sənədləşirmənin yeniləşməsi, ən əsası isə böyük həcmdə yarımçıq işlərin yekunlaşdırması zərurətilə bağlıdır”. 

Gununsesi.org

COMMENTS