Əsgərlərlə banan yemək torpağı işğaldan azad etmir- MƏŞHUR VƏKİL ZAKİR HƏSƏNOVU İTTİHAM ETDİ

Əsgərlərlə banan yemək torpağı işğaldan azad etmir

Tanınmış vəkil Bəhruz Bayramov Azərbaycanın müdafiə naziri Zakir Həsənova açıq məktub yazıb.

Gununsesi.org həmin məktubu təqdim edir:

Hörmətli Zakir Həsənov!
Mən başqalarından fərqli olaraq Sizlərə açıq məktub yazmağa qərar verdim.
Allah Səfər Əbiyevin atasına rəhmət etsin! Elə bilməyin ki, mən onu tərifləyirəm. Xeyr. Onun vaxtında Ermənistan dövlət rəhbərləri açıq-aşkar bizi təhdid etmirdi, qəsəbələr salmırdı,Kəlbəcərə yol çəkmirdi, və s…

Siz gələndən hər şey dəyişdi, şoular yaşandı. Reallıqda Ermənistanın baş naziri bizi təhqir etdi. Rəsmi olaraq Qarabağın Ermənistan olduğunu bildirdi.

Niyə susuruq və nəyi gözləyirik?
Əsgərlərlə banan yemək vətəni azad etmir və ya Bakı şəhərində 5 avtomobillə
gəzmək guya,təhlükəsizliyini təmin etmək kim üçündür.

Paşinyanın bu qədər təhqirlərindən sonra istefa ver və Azərbaycan xalqından üzr istə!!!

Gununsesi.org

COMMENTS