“Əbədi cavan” model cazibədarlıq sirlərini açdı – FOTOLAR

  • By admin
  • 13 Dekabr 2019 18:13

Böyük Britaniyanın “əbədi cavan” sakini cazibədarlığının sirrinin bitki tərkibli pəhrizdə olduğunu deyib.

Bu barədə “Daily Mail” xəbər yayıb.

48 yaşlı Viktoriya Fizerstoun Pirs iddia edir ki, yad adamlar tez-tez onu gənc qızla dəyişik salırlar. Onun sözlərinə görə, 15 il əvvəl veqan olub və rasionundan heyvan mənşəli qidaları çıxarıb, məhz bu pəhriz onu cavan saxlayır.

“Mən altı yaşımdan ət yemirdim, 33 yaşımda süd məhsulları barədə bütün həqiqətləri öyrəndikdən sonra veqan oldum. Əminəm ki, yeni qidalanma üsuluna keçid xarici görünüşümə təsir edib. Özümü 20 il əvvələ nisbətdə daha gənc və cazibədar hesab edirəm”, – deyə Pirs bildirib.

O, modellik işinə girərəkən öz real yaşını gizlətmək məcburiyyətində qaldığını etiraf edib, çünki ora 38 yaşına qədər olan namizədlər axtarılırdı. Pirs işə girdikdən sonra yalanını etiraf edib, təşkilatçılar isə onun 10 il yaşlı olduğuna inana bilməyiblər.

“Moda sənayesi dəyişikliyə möhtacdır. İndi isə istənilən yaşda olan qadınlar kompleksdən əziyyət çəkirlər, halbuki model biznesi, əksinə, onlara əminlik gətirməlidir”, – deyə Pirs bildirib.

Xəbər Oxu.az saytında dərc edilib.

 

 

 

 

 

Gununsesi.org