Əbu-Dabidə baş vermiş yol qəzasında çoxlu sayda turist ölüb və yaralanıb

  • By admin
  • 17 Yanvar 2020 19:48

Əbu-Dabidə baş vermiş yol-nəqliyyat qəzası nəticəsində turistləri daşıyan minibusun bir yük maşını ilə toqquşması nəticəsində ən azı 6 nəfərin öldüyü, 19 turistin isə yaralandığı bildirilir.

Gununsesi.org “Emirates” xəbər agentliyinə istinadla xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtından Dubaya hərəkət edən və Al Raha sahil yolunda qəzaya uğrayan minibusda Nepal və Şri-Lanka vətəndaşları olublar. Ölənlərin 5 nəfəri qadınlardır. Minibusun sürücüsü isə Pakistan vətəndaşıdır.

Agentliyin xəbərində qeyd olunub ki, yaralılar dərhal xəstəxanaya çatdırılıb və onların bir neçəsinin vəziyyəti ağırdır. Əbu-Dabi yol polisinin məlumatında bildirilib ki, ağır yol-nəqliyyat qəzası sürücünün diqqətsizliyi səbəbindən baş verib.

Qəzanın yaxın günlərdə ən müasir xəbərdarlıq sistemi quraşdırılmış avtotrasda baş verməsi də qeyd olunub.

Gununsesi.org