“Ədəbsiz” pivə etiketi Rusiyada qalmaqala səbəb olub

  • By admin
  • 25 Mart 2019 10:00

Rusiyada pivə etiketi üzərindəki sado-mazoxist ruhlu təsvirə görə mübahisələrə səbəb olub, həmin etiketə ictimaiyyətin münasibətini müəyyən etmək məqsədilə dövlət agentliyinin keçirdiyi rəy sorğusu isə məsələni daha da kəskinləşdirib.

Rusiyanın Barnaul şəhərində Kopıtov pivə şirkəti yeni Pryanik Imperial markalı pivə buraxmağa başlayıb və pivə şüşələrinin etiketində ağzına pryanik pərçimlənmiş qadın sifəti təsvir olunub, Rusiyanın Komsomolskaya Pravda qəzeti xəbər verib.

Hazırda Sankt Peterburq şəhərində yaşayan moda dizayneri Yuliya Shlyaxova bu cür təsviri “ədəbsiz, təhqiredici və qadınlara qarşı zorakılıq nümyişi” kimi qiymətləndirərək, həmin etiketlə bağlı Antiinhisar Xidmətinə şikayət edib.Pivə etiketiŞikayətdə etiketin özü yox, pivənin onlayn reklamı göstərilib.

Pivə şirkəti isə təkid edir ki, etiket qadınları təhqir etmir, əksinə, onlar böyük hörmət, “yumor və yaradıcılıq” hissilə hazırlanıb.

Bu məsələylə bağlı ictimai rəyi öyrənməl üçün Rusiya Antinhisar Xidmətinin Altay vilayət şöbəsi onlayn səsvermə təşkil edib.

Səsvermə Rusiyadakı VK sosial şəbəkəsinin forumundatəşkil olunub.

Rusiya Antiinhisar komitəsinin loqosu.Rusiya Antiinhisar komitəsi rəy sorğusunun nəticələrini bir daha nəzərdən keçirə bilər.

Səsvermə nəticəsində etiketə qarşı çıxanlar çoxluq təşkil edib: Antiinhisar Xidmətinin məlumatına görə, səsvermədə iştirak etmiş 28135 respondentlərin 58 faizi pivə reklamını bəyənməyib.

Antiinhisar Xidməti səsvermənin nəticələrinə uyğun tədbirlərin görülməsi variantlarını nəzərdən keçirir, odur ki, həmin pivə şikəti qarşı ciddi cərimə ilə üzləşə bilər.

Bu arada Yuliya Shlyaxova pivə etiketinin doğurduğu debatlar “qadınların təhlükəsizliyi və onlar üçün nəyin uyğun olub-olmaması barədə qərar çıxarmaq hüqunun qadınlara verilməsi” kimi mövzuların müzakirə edilməsinə gətirib çıxaracaq.

Kopıtov pivə şirkətinin loqosu.Gununsesi.org