Ədalət Şükürov Amerikaya gedir: "Repertuarımda ispanca mahnılar dinləyəcəksiniz"

  • By admin
  • 03 Fevral 2020 14:45

Əməkdar artist Ədalət Şükürov Amerikada  konsert verməyə hazırlaşır. 

Gununsesi.org xəbər verir ki, müğənni bu haqda sosial şəbəkədə izləyicilərinə məlumat verib:

“Dostlar, fevralın 28-i sizinlə mütləq Mayamidə görüşəcəyik. Amerikada, Florida ştatında böyük bir konsertimiz olacaq. Həmin günü biz sizlə deyəcəyik, güləcəyik, sizinlə bir yerdə rəqs edəcəyəm. Azərbaycan, rus, ispan dilində repertuarımda olan mahnıları dinləyəcəksiniz”.

Həmin görüntüləri təqdim edirik:

 

Gununsesi.org