Əflatun Amaşov Mətbuat Şurasının qarşısındakı aksiyadan danışdı

  • By admin
  • 22 İyul 2019 16:40

 

Bu gün bir qrup media nümayəndəsi “Azad media” şüarı ilə Mətbuat Şurası qarşısında aksiya keçirib.

Qurumun sədri, millət vəkili Əflatun Amaşov Gununsesi.org-a aksiya barədə danışıb.

MŞ sədri deyib ki, rəhbəri olduğu qurum mahiyyət etibarı ilə vətəndaşların KİV-dən olan müraciətlərinə, şikayətlərinə baxır: “Jurnalistlərin qanunlara,  peşə davranış qaydalarına nə dərəcədə riayyət etməsinə nəzarət edirik”.

Əflatun Amaşov onu da bildirib ki,  bununla belə jurnalistlərin problemləri də onların daim diqqətindədir: “Biz hökumət strukturlarındakı müzakirələrimizdə bu problemləri qaldırırıq. İndi aksiya keçirənlərə də tövsiyyə elədim ki, nə təklifləri varsa bizə yazılı təqdim etsinlər. Dinləməyə, müzakirə etməyə hazırıq. Biz də öz növbəmizdə bunları aidiyyatı qurumlar qarşısında qaldırırıq”.

“Həbsdəki Seymur Həzi və Əfqan Muxtarlının azad olunması üçün təşəbbüsünüz olacaqmı” sualına isə Əflatun Amaşov belə cavab verdi: “Biz bu məsələni zaman-zaman qaldırmışıq. Jurnalistlərə qarşı törədilən cinayətlərin açılması üçün də belə çağırışlarımız olub. Elə bu yaxınlarda mərhum elmar Hüseynovun qətlinin üstünün açılması üçün hüquq-mühafizə orqanlarına etdiyimiz müraciət də bunu təsdiq edir. Seymur Həzi və Əfqan Muxtarlının da azad olunmasını görüşlərimizdə qaldırırıq”.

 

Gunay Nərimanzadə

Gununsesi.org