Əfqanıstan rəsmiləri İranın yeni ordu komandirini saxtakarlıqda günahlandırır

  • By admin
  • 09 Yanvar 2020 21:17

Gununsesi.org xəbər verir ki, Əfqanıstan rəsmiləri İranın elit Quds Qüvvələrinin yeni komandiri İsmayıl Qaaninin Kabildəki İran nümayəndəliyinin başçısının müavini olduğu iddia edildiyi və 2018-ci ildə Bamiyan əyalətinə səfərinin araşdırıldığını bildirib.

61 yaşlı briqada generalı Qaani Birləşmiş Ştatların Qasım Süleymanini hava hücumu zamanı öldürməsindən sonra İran İslam İnqilabı Keşikçiləri Korpusunun xarici qanadı olan `Quds Qüvvələri`nin rəisi təyin edilib.

Təyinatından az sonra Əfqanıstan mediası Qaaninin İranın səfir müavini olduğu iddia edilən və 2018-ci ilin iyul ayında Bamiyan əyalətinə rəsmi səfər etdiyini göstərən şəkillər yayıb.

Şəkillərin birində Qaani ilə birlikidə olan Bamiyan valisi Məhəmməd Tahir Züheir Amerikanın Səsinə deyib ki, Qaani özünü İran diplomatı kimi təqdim edib və əyalətə İranın yerli rəhbərliyə dəstəyini nümayiş etdirmək üçün gəldiyini deyib.

“Bir daha qeyd edirəmki, heç bir xarici nümayəndə heyəti bu əyalətə Kabillə əlaqələndirmədən gəlməz. Bu protokol bu ziyarət üçün də tətbiq olunub. Kabildən bizə bildirdilər ki, İran nümayəndə heyəti Bamiyanda xəstəxananın tikilmə prosesinə nəzarət edəcək ” – deyə, Züheyr Amerikanın Səsinə bildirib.

Bamiyana səfəri zamanı Qaani Soleimaninin nəzdindəki Quds Qüvvələri komandirinin müavini vəzifəsində çalışırdı.

Qaaninin Əfqanıstanda heç bir diplomatik vəzifə yerinə yetirmədiyini deyən Əfqanıstan rəsmiləri onun ölkənin mərkəzində yerləşən şiə əyalətinə səfəri ilə bağlı suallar qaldırıb.

“Biz onun ziyarətinin dəqiq mahiyyətini və tarixini araşdırırıq. Bu arada sizi əmin edə bilərəm ki, o heç vaxt Əfqanıstandakı səfirin müavini olmayıb ” – deyə, Əfqanıstanın xarici işlər nazirinin səlahiyyətlərini icra edən İdris Zaman çərşənbə axşamı mətbuat konfransında bildirib.

 

Gununsesi.org