Əfqanıstanda bir qrup hərbçi əsgər yoldaşlarını öldürərək “Taliban”a sığınıb

  • By admin
  • 14 Dekabr 2019 21:12

Əfqanıstanın Qəzni əyalətinin Qarabağ qəzasında ötən axşam 9 hərbçini (başqa mənbəyə görə 25 nəfəri) öldürən 7 nəfər həmin hissənin əsgərləri olub.
Gununsesi.org yerli KİV-ə istinadən xəbər verir ki, hərbçilər öldürdükləri yoldaşlarının silahlarını da götürərək hadisə yerindən qaçıb və “Taliban” hərəkatına sığınıb.
“Taliban” isə hadisə zamanı 32 hərbçinin öldürüldüyünü, bir neçə tankın və bir avtomobilin məhv edildiyini açıqlayıb.

 

Gununsesi.org