Əfqanıstanda stadion ətrafında partlayış - ÖLƏNLƏR VAR

  • By admin
  • 19 Mart 2018 20:12

Əfqanıstanın şərqində, Cəlalabad şəhərində partlayış olub.

Gununsesi.info xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 8-i xəsarət alıb. Onların arasında 5 uşaq da var. Yaralılar xəstəxanaya çatdırılıb.

İlkin məlumata əsasən, hadisəyə motosikletə yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi səbəb olub.

Partlayış bir müddət əvvəl Əfqanıstan İslam Partiyasının lideri Gülbəddin Hikmətiyarın tərəfdarları qarşısında çıxış etdiyi stadionun yaxınlığında baş verib.

İnsidentə görə hələ heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Gununsesi.info