Əfqanıstanda “Taliban” məntəqəyə hücum edib 10 polisi öldürdü

  • By admin
  • 06 Dekabr 2019 12:06

Əfqanıstanın şimalındakı Kuduz əyalətində “Taliban” təşkilatı polis nəzarət-buraxılış məntəqələrinə hücum edib.

Gununsesi.org-un məlumatına görə, hücum nəticəsində azı 10 polis əməkdaşı həlak olub.

Hücum eyni zamanda iki məntəqəyə olunub. Toqquşma zamanı 3 silahlı da zərərsizləşdirilib.

Digər mənbələrin məlumatına görə, həlak olanların sayı daha çox ola bilər.

Gununsesi.org