Əfqanıstanda qanlı hücum: 9 hərbçi öldürüldü

  • By admin
  • 14 Dekabr 2019 14:31

Əfqanıstanın şərqində yerləşən Qəzni əyalətində ötən axşam bir qrup “Taliban” silahlısının həyata keçirdiyi hücum nəticəsində 9  hərbçi həlak olub.

Gununsesi.org “Report”-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin “Twitter” səhifəsində bildirilib.

Qeyd olunub ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Eyni zamanda “ToloNews” mənbəyə istinadən iddia edib ki, Mənəvar kəndində 7 nəfər talibançının törətdiyi hadisə zamanı 23 hərbçi ölüb və hücum edənlər onların silahlarını götürüb hadisə yerindən uzaqlaşıblar.

“Taliban” hərəkatı baş verən hadisənin məsuliyyətini üzərinə götürüb.

Gununsesi.org