Əfsanəvi müğənni 53 yaşında vəfat etdi

  • By admin
  • 26 Dekabr 2016 07:52

corc-1

Əfsanəvi britaniyalı müğənni Corc Maykl 53 yaşında vəfat edib.

Gununsesi.info-nun BBC-yə istinadən verdiyi xəbərə görə, ifaçı öz evində dünyasını dəyişib.

Sənətçinin ölüm səbəbi hələ açıqlanmayıb. Qeyri-rəsmi məlumatlara əsasən, müğənni ürək tutmasından həyatını itirib.

Qeyd edək ki, ikiqat “Qremmi” mükafatı laureatı Corc Mayklın albomlarının ümumi satış tirajı 100 milyon nüsxəyə yaxındır.

Gununsesi.info