Əfv Komissiyası 200 müraciətə baxdı

  • By admin
  • 11 Fevral 2019 18:47

Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. 

Bu barədə “Gununsesi”nəkomissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib.

Onun sözlərinə görə, ümumilikdə 200 müraciətə baxılıb. Ə.Nuriyev bildirib ki, daxil olanlar arasında Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş şəxslərin müraciətləri yer alıb. Yekun statistik nəticəni isə ancaq bütün müraciətlərə baxdıqdan sonra söyləmək mümkün olacaq.

 Novruzda əfv sərəncamının olub-olmayacağına gəlincə isə, komissiya üzvü qeyd edib ki, bunu istisna etmək olmaz, lakin sərəncamın verilməsi prezidentin konstitusion səlahiyyətlərinə daxil olduğu üçün son sözü də ölkə rəhbəri deyəcək.