Əhməd Bilalov girov qarşılığında sərbəst buraxıldı

  • By admin
  • 01 Noyabr 2019 20:05

ABŞ miqrasiya xidməti tərəfindən saxlanılan Rusiya Olimpiya Komitəsinin keçmiş vitse-prezidenti Əhməd Bilalov girov qarşılığında sərbəst buraxılıb.

Gununsesi.org xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Brayan Koks məlumat yayıb. Girov qarşılığında azadlığa buraxılan Bilalovun deportasiyası ilə bağlı məhkəmə prosesi keçiriləcək.

Xatırladaq ki, ABŞ-da qanunsuz yaşayan Bilalov oktyabrın 22-də Floridadakı evində hüquq-mühafizə və miqrasiya orqanlarının əməkdaşları tərəfindən tutulub. ABŞ-da 2 may 2016-cı il tarixindən yaşayan Bilalov miqrant statusu almayıb və ölkəyə buraxılma şərtlərini pozub.

 

Gununsesi.org