Əhməd Bilalovla bağlı ABŞ-dan açıqlama

  • By admin
  • 23 Oktyabr 2019 19:27

ABŞ-ın Miqrasiya və Gömrük polisinin nümayəndəsi Temmi Spayser Rusiya Olimpiya Komitəsinin keçmiş vitse-prezidenti Əhməd Bilalovun saxlanılması ilə bağlı açıqlama yayıb.

Gununsesi.org xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-da qanunsuz yaşayan Bilalov Floridadakı evində hüquq-mühafizə və miqrasiya orqanlarının əməkdaşları tərəfindən tutulub. ABŞ-da 2 may 2016-cı il tarixindən yaşayan Bilalov miqrant statusu almayıb və ölkəyə buraxılma şərtlərini pozub.

Hazırda ROK-un eks-vitse-prezidenti ABŞ miqrasiya və gömrük polisinin nəzarətindədir və onun deportasiyasına hazırlaşırlar.

 

Gununsesi.org