Əhrar Əl-Şam qrupunun keçmiş komandiri Hollandiyada həbs edilib

  • By admin
  • 26 Oktyabr 2019 12:08

Hollandiya polisinin cümə günü bildirdiyinə görə, bu həftə Əhrar Əl-Şam İslamçı qrupun keçmiş komandiri olduğu iddia edilən 29 yaşlı suriyalı hərbi cinayətlər törətməkdə şübhəli bilinərək həbs edilib.

Gununsesi.org-un məlimatına görə, polis adını açıqlamayan şəxsin çərşənbə axşamı ölkənin şimalındakı bir sığınacaq mərkəzində həbs edildiyini bildirib.

Şübhəli Suriyada müharibə vaxtı cəsədə təpik atarkən çəkdirdiyi şəkillərə görə müharibə cinayətləri ittihamı irəli sürülüb
Ona qarşı 2015-ci ildə Həmadakı döyüşlər zamanı rəqib əsgər cəsədinin yanında durarkən və başqa bir cəsədə təpik atarkən çəkdirdiyi şəkillərə görə müharibə cinayətləri ittihamı irəli sürülüb.

Prokurorluq onun o zamanlar terrorçu Əhrar Əl-Şam təşkilatının komadiri olduğundan şübhələndiyini bildirib.

Şübhəli Hollandiyada sığınacağa bu ayın əvvəlində müraciət edib. Lakin o, 2015-ci ildə qısamüddətli sığınacaq qeydiyyatından keçdiyi zaman Almaniya rəsmilərinin diqqətini çəkib.

Hollandiya qanunlarına görə, onun iddia edilən hərəkətləri müharibə qurbanlarının şəxsi ləyaqətinin alçaldılmasıdır.

1949-cu il Cenevrə Konvensiyasına əsasən müharibə cinayəti digər bir ölkələrdə baş versə də, Hollandiyada mühakimə oluna bilər. Ona qarşı irəli sürülən ittihamlar təsdiq edilərsə, şübhəli ömürlük həbs cəzası ilə üzləşə bilər.

 

Gununsesi.org