Əkbər Hacıyevdən qazsız qalan jurnalistlərə cavab - JURNALİSTLƏRİN BİNASINDAKI PROBLEM...

  • By admin
  • 14 Oktyabr 2018 14:20

Bir neçə gündür Səbail rayonunda Azərbaycan jurnalistləri üçün inşa olunan yaşayış binasında qaz verilməsi ilə bağlı məhdudiyyətlər, həmçinin mənzillərə verilən qazın zəif olmasına dair narazılıqlar ortaya çıxıb.

Həmin binalarda yaşayan media nümayəndələri isə sosial şəbəkələrdə “Azəriqaz” rəhbərliyinin ünvanına tənqidlər səsləndirir.

“Azəriqaz” prezidenti Əkbər Hacıyev Gununsesi.org-a açıqlamasında məsələyə münasibət bildirib. O, kompleksə qaz verilməməsi barədə iddiaları rədd edib.

Bununla yanaşı “Azəriqaz” rəhbəri deyib ki, qazın zəif olmasının səbəbkarı bina rəhbərliyidir: “Orada heç zaman qazın verilməsində məhdudiyyət olmayıb. Ancaq qazın zəif olmasının səbəbi var. Dəfələrlə onlara xəbərdarlıq edilib ki, qaz tənzimləyici şkafda nasazlıq var. Onu aradan qaldırmaq isə bina rəhbərliyinin borcudur.  Ona görə də orada yaşayanlar bunu “Azəriqaz”dan yox, binanın rəhbərliyindən tələb etsin. Qaz normal şəkildə ötürülür”.

Gununsesi.org