Əkrəm İmamoğlu canlı debatda Binəli Yıldırımı sıxışdırdı - VİDEO

  • By admin
  • 17 İyun 2019 08:45

Xəbər verdiyimiz kimi, iyunun 23-də Türkiyənin İstanbul şəhərində keçiriləcək bələdiyyə seçkiləri öncəsi iki namizəd – Binəli Yıldırım və Əkrəm İmamoğlu ilk dəfə canlı yayımda üz-üzə gəliblər.

Gununsesi.org-un məlumatına görə, İsmayıl Küçükkayanın aparıcılığı ilə təqdim olunan canlı yayımda Əkrəm İmamoğlu tək açıqlamaları ilə deyil, həm də atdığı bir addımla yadda qalıb.

 Belə ki, o, rəqibi Binəli Yıldırımı Atalar günü münasibəti ilə təbrik edib və ona üzərində Atatürkün imzası olan qələm hədiyyə edib.

“Binəli Yıldırımın Atalar gününü təbrik edirəm. İkimiz də 2 oğlan, 1 qız atasıyıq. Bu hədiyyəni Yıldırıma vermək istəyirəm”, – deyə İmamoğlu canlı yayımda bildirib.

Bundan başqa debat zamanı İmamoğlunun söylədiyi arqument və açıqlamaları ilə Yıldırımı üstələdəiyi açıq görünüb.

Canlı yayım gedən zaman sosial şəbəkələrdə də on minlərlə insan bu debat haqqında fikirlərini bildirib.

Aparıcı İsmayıl Küçükkayanın “Cənab Yıldırım AKP 25 ildir İstanbul bələdiyyəsini idarə edirdi amma nədən İmamoğlunun suya enidirm vədini siz indi təkrarladınız” sualı isə böyük dəstəyə səbəb olub.

Gununsesi.org