Əlcəzairin keçmiş Baş naziri həbs edildi

  • By admin
  • 12 İyun 2019 23:40

Əlcəzairin keçmiş Baş naziri Əhməd Yəhya Ali Məhkəmənin qərarı ilə həbs edilib.

Gununsesi.org “Ən-Nahar” telekanalına istinadən xəbər verir ki, buna səbəb onun vəzifədə olduğu dövrdə yola verdiyi ciddi qanun pozuntuları olub. Bundan əlavə, eks-nazirin adı korrupsiya ilə bağlı cinayətlərdə də hallanır.

 Məlumata görə, Əhməd Yəhya sorğu-sualdan sonra həbsxanaya göndərilib.