Əli Əhmədov süni qiymət artımından narazıdır

  • By admin
  • 22 Avqust 2019 15:03

Kənd Təsərrüfatı naziri İnam Kərimov və Baş nazirin müavini Əli Əhmədov “Yaşıl bazar”da qiymətlərlə maraqlananıblar. 

Gununsesi.org məlumatına görə, Baş nazirin müavini Əli Əhmədov bazarda süni qiymət artımından danışıb.

 O, bildirib ki, bazarda satılan məhsulların qiyməti süni olaraq bahalaşdırılıb:

“Qiymətləri endirmək lazımdır. Yayın ortasında iki manata kartof olmaz”.

Gununsesi.org