Əli Abbasovun kadrları kollegiyadan kənarda qaldı

  • By admin
  • 22 İyul 2016 19:37

eliabb

Nazirlər Kabineti Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının tərkibini təsdiq edib. Gununsesi.info bildirir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının üzvlərinin sayı 7 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri 

Quluzadə Ramin Namiq oğlu – Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri

Kollegiyanın üzvləri: 

Abdullayev Əli İzzət oğlu – Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini

Məmmədov İltimas Əhməd oğlu – Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin müavini

Vəlizadə Elmir Tofiq oğlu – Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin müavini

Məmmədov Rövşən Həmid oğlu – Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri

Məmmədov Tahir Nadir oğlu – Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatının daxili nəzarət və audit şöbəsinin müdiri

Əsədov Elnar Tahir oğlu – Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru

“Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 iyun tarixli 115 nömrəli qərarı ləğv edilib.

Qərar imzalandığı gündən qüvvəyə minir.