Əli Həsənov Xədicə İsmayılın azad olunmasından danışdı

  • By admin
  • 29 May 2016 15:58
eli-hesen
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Xədicə İsmayıl və digər vicdan məhbuslarının azadlığa çıxmasından danışıb. Gununsesi.info-nun xəbərinə görə, PA rəsmisi ANS-ə müsahibəsində bildirib ki, İlham Əliyevin onları azad etməsi xarici təzyiqlə bağlı deyil: “Cənab Prezident indiyə qədər bu və ya digər hallara görə həbs olunan insanları, böyük humanistlik nümayiş etdirərək əfv edir. Bunu qətiyyən beynəlxalq aləmin iradəsi və tələbləri ilə əsaslandırmaq olmaz”.
Onun sözlərinə görə, həmin şəxslərin həbs olunması Azərbaycanda vətəndaş cəmiyyətinin və daxili siyasətin normaları və tendensiyaları deyil: “Azərbaycanda 12 min jurnalist fəaliyyət göstərir və onların böyük əksəriyyəti hakimiyyəti Xədicə İsmayılovadan da sərt tənqid edir, lakin onlar azadlıqda müvəffəqiyyətlə fəaliyyət göstərirlər. Ölkədə 3 500 yaşlı əhalini və bir o qədər də gəcləri təmsil edən qeyri-hökümət təşkilatları, o cümlədən hüquq-müdafiə təşkilatları var, onların rəhbərləri də Azərbaycan hakimiyyətini heç də Leyla Yunus və yaxud digərlərindən az tənqid etmir, amma onlar da azadlıqdadırlar. Yəni 3-5 adamın ayrı-ayrı zamanlarda müxtəlif qanun pozuntularına görə həbs olunması Azərbaycan cəmiyyətinin daxili siyasətinin və vətəndaş normalarının tendensiyası deyil.”
Gununsesi.info