Əli Həsənovun səhhəti pisləşdi

  • By admin
  • 08 Fevral 2019 15:41

Baş nazirin müavini Əli Həsənovun səhhətində problem yaranıb.

Gununsesi.org bildirir ki, Unikal.org-a daxil olan məlumata görə, Ə.Həsənov müayinə olunmaq üçün bu gün Respublika Müalicəvi Diaqnostika Mərkəzinə gedib.

Diaqnostik və endovaskulyar cərrahı, şöbə müdiri Əhməd Memiş Ə.Həsənovu müayinə edib. Müayinədən sonra nazir müavinin böyrəklərində, ödündə və digər orqanlarında problemlərin olduğu aşkarlanıb.

Ə.Həsənov səhhətində yaranan narahatlığa görə, bir müddət müalicə alacaq.