Əli İnsanov 14 ildə nə ailəsi ilə görüşdü, nə də telefon danışdı - SABİQ NAZİR AZADLIĞA ÇIXACAĞINDAN XƏBƏRSİZ OLUB

  • By admin
  • 17 Mart 2019 08:51

Sabiq səhiyyə naziri Əli İnsanovun vəkili Toğrul Babayev Gununsesi.org-a açıqlamasında bildirib ki, müdafiə etdiyi şəxsin əfv olunması barədə xəbəri KİV-dən alıb: “Mənim kimi Əli İnsanovun ailəsi də bu xəbəri mediadan aldı. Əli İnsanovla bir gün qabaq görüşmüşdük. Onun əfv gözləntisi yox idi. Amma bir neçə gündür ki, onun azadlığa çıxacağına dair yazılara rast gəlirdik. Bu xəbərləri ona demişdim”.

Vəkil deyib ki, həbs illəri sabiq nazir üçün asan keçməyib: “Amma çox güclü və sərt adamdır. 14 illik həbs həyatında ailə üzvlərini yanına gəlməyə qoymadı. Telefonla belə danışmadı. Onun azadlığına çox sevinirəm. Özüylə geniş danışarsınız.