Əli İnsanov “Müsavat”ın binasına gəldi – Siyasi partiya liderlərinin toplantısı başladı - FOTOLAR

  • By admin
  • 05 Noyabr 2019 15:27

Bu dəqiqələrdə Müsavat Partiyasının qərargahında siyasi partiya liderlərinin və siyasətçilərin iştirakı ilə dəyirmi masa keçirilir.

Gununsesi.org xəbər verir ki, Müsavat Partiyası başqanının təşəbbüsü ilə baş tutan tədbirin mediaya açıq olan hissəsində iştirakçılar media üçün tədbirlə bağlı məlumat veriblər.

Giriş sözü ilə çıxış edən Müsavat Partiyasının başqanı Arif Hacılı bildirdi ki, bu tədbirdə Azərbaycanda mövcud ictimai-siyasi durum və bu vəziyyətdən çıxış yolları müzakirə olunacaq. O, tədbirin mediaya açıq olan hissəsində əlifba sırasına uyğun olaraq Dəyirmi Masa iştirakçılarının çıxış edəcəyini dedi.
Tədbirdə Müsavat partiyası başqanı, AXCP sədri Əli Kərimli, habelə keçmiş səhiyyə naziri Əli İnsanov, keçmiş Müsavat başqanı İsa Qəmbər, AXP sədri Pənah Hüseyn, , Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev, politoloq Hikmət Hacızadə iştirak edir.
Çıxış üçün ilk söz Ə.İnsanova verilib. / Musavat.com