Əli İnsanov partiyasının qurultayını keçirib - SİYASƏTÇİLƏR VƏ JURNALİSTLƏR DƏVƏT OLUNMAYIB

  • By admin
  • 26 Yanvar 2020 01:22

 

Sabiq səhiyyə naziri, keçmiş siyasi məhbus Əli İnsanov qurucusu olduğu Haqq və Ədalət Partiyasının qurultayını keçirib.

Gununsesi.org xəbər veriri ki, bu barədə məlumat  sabiq nazirin sosial şəbəkə hesabında ictimailəşib.

Məlumatda qeyd olunur ki, Partiyanın Təşkilat Komitəsinin Bakı Şəhər İcra Hakimiyyətinə Təsis Konfransının keçirilməsi üçün 200 (iki yüz) nəfərlik yer ayrılması ilə bağlı müraciət etsə də, Bakı Meriyası cavab məktubunda konfransın keçirilməsi üçün müvafiq yeri təşkilatçıların öz öhdəsinə buraxıb: “Buna görə də biz konfransı yalnız şəhərlərin və rayonların seçilmiş sədrlərin iştirakı ilə keçirməli olduq”.

Çıxışında Əli İnsanov HƏP-in yaranmasını zəruri edən səbəblərdən danışıb.

Sonda səsvermə yolu ilə sabiq nazir partiyanın sədri seçilib.

 

Tədbirdə siyasi partiya və media orqanlarından kimsə iştirak etməyib.

 

Gununsesi.org