Əli İnsanovdan ilk AÇIQLAMA

  • By admin
  • 17 Mart 2019 12:45

Prezidentin əfv sərəncamı ilə azadlığa çıxan sabiq səhiyyə naziri Əli İnsanov ilk açıqlamasını verib.

Gununsesi.org xəbər verir ki, sabiq nazir bildirib ki, azadlığa çıxmasında ABŞ və Avropa qurumlarının rolu olub. O, siyasi fəaliyyətlə məşğul olacağını deyib.

Həmçinin, sabiq Azərbaycandan gedəcəyinə dair iddialara da toxunub. O, deyib ki, ölkədə yaşayacaq və belə bir niyyəti yoxdur.

Əli İnsanov tezliklə daha geniş mətbuat konfransı keçirəcəyini vəd edib.

Gununsesi.org