Əli Kərimlini məhkəməyə çıxarası olmadılar - AXCP SƏDRİ POLİSDƏDİR

  • By admin
  • 18 Noyabr 2018 15:56

Noyabrın 17-i saat 15 radələrində Dirçəliş günü ilə bağlı Şəhidlər Xiyabanına getmək istəyən Milli Şura rəhbərliyinə daxil olan şəxslərin, o cümlədən AXCP sədri Əli Kərimlinin bu gün məhkəməyə çıxarılacağı gözlənilirdı. Gununsesi.org bildirir ki, bəzi media orqanları dünəndən polisdə saxlanılan Əli Kərimlinin sabah məhkəməyə aparılacağını yazıb. 

Qeyd edək ki, məlum olayda Əli Kərimli ilə birgə saxlanılan Cəmil Həsənli sərbəst buraxılsa da 52 nəfər saxlanılaraq Səbail Rayon Polis İdarəsinə aparılıb. Orada izahatı alındıqdan sonra 41 nəfər sərbəst buraxılıb.

Saxlanılan 11 nəfər İnzibati Xətalar Məcəlləsinin 513.2-ci (“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə) maddəsi ilə ittiham olunub. Onlarla bağlı bu gün Səbail Rayon Məhkəməsində qərar veriləcək.

Ə. Kərimli İnzibati Xətalar Məcəlləsinin 513.2-ci və 513.1-ci ( Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulmasına görə) maddələri ilə ittiham edilir.

Qeyd edək ki, bu maddələr üzrə ittiham olunan şəxslərin təqsiri məhkəmədə sübuta yetirilərsə, onları pul cəzası, ictimai işlərə cəlb etmə və ya 2 ay müddətinə inzibati həbs cəzası gözləyir.

Bu olay bir sıra dünya mediasının da diqqətini çəkib. ABŞ, Böyük Britaniya, Fransa və digər Avropanın nəşrləri hadisədən yazıb.

Bu arada PA-nin ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov baş verənləri “qanunsuz aksiya” kimi qiymətləndirib. O deyib ki, polis ictimai qaydanın pozulmasının qarşısını alıb.

Gununsesi.org