Əli Nağıyevin yerinə YENİ TƏYİNAT

  • By admin
  • 21 İyun 2019 20:28

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində general Əli Nağıyevdən boşalan rəis müavini vəzifəsinə yeni təyinat olub.

Gununsesi.org Bakupost.az-ın məlumatına istinadən bildirir ki, bu vəzifəyə eyni idarədə əməliyyat təminatı şöbəsinin rəisi işləyən Rəsulov Fuad Mirmehti oğlu təyin edilib.

Qeyd edək ki, Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinə rəis təyin edilib.

Gununsesi.org