Əliyevdən Qaniyə: “Dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək”

  • By admin
  • 18 Avqust 2016 18:09

31070

Ölkə Prezidenti İlham Əliyev  Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaniyə təbrik məktubu göndərib.

Gununsesi.info-nun məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və bütün Əfqanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Əminəm ki, Azərbaycan ilə Əfqanıstan arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əfqanıstan xalqına sülh və rifah diləyirəm”.

Gununsesi.info