Əməkdar jurnalist vəfat etdi

  • By admin
  • 20 Yanvar 2020 12:42

Əməkdar jurnalist, Prezident təqaüdçüsü Elmira Əliyeva ömrünün 89-cu ilində vəfat edib.

Gununsesi.org-un məlumatına görə, Elmira Əliyeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirəndən sonra təyinat üzrə “Bakinski raboçi” qəzetinin redaksiyasında işləyib. Ötən əsrin 60-70-ci illərində “İzvestiya” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olub.

1987-ci ildə Azərinformda (indiki AzərTac) işləməyə başlayıb. Burada baş direktorun yanında xüsusi müxbir, mədəniyyət şöbəsinin müdiri, 10 ilə yaxın Rus dilində informasiya baş redaksiyasının baş redaktoru vəzifələrində çalışıb.

Gununsesi.org