Əminə son qərarını verdi – Boşanır

  • By admin
  • 19 Yanvar 2018 16:45


Türkiyənin məşhur pop ulduzu Mustafa Sandalın müğənni xanımı Əminə Sandal boşanmaq üçün vəkilə müraciət edib. Bu barədə “Duymayan kalmasın”verilişində məlumat verilib.

Gununsesi.info xəbər verir ki, Ə. Sandal və anası Senija Jahoviç 4 gün bundan əvvəl restoranların birində vəkillə görüşüb.

Mustafanın xanımı boşanmaq barədə protokola imza atıb. Həmin an kameralarda əks olunub və görüntülər sözügedən proqramda yayımlanıb.

Qeyd edək ki, Əminə və Mustafa dəfələrlə m boşanmaları barədə yayılan xəbərləri təkzib etmişdilər.
Gununsesi.info