Ən bahalı biletin qiyməti 20 minə yaxındır

  • By admin
  • 30 Yanvar 2020 09:50

Rusiyalı döyüşçcü, UFC çempionu Həbib Nurməhəmmədov və amerikalı döyüşçü Toni Ferqüson arasında baş tutacaq görüşün qiymətləri açıqlanıb. Gununsesi.org bildirir ki, təşkilatçılardan “TASS”a verilən məlumata görə, ən bahalı biletin qiyməti 11 157 dollar (18966,90 AZN) təşkil edir.

UFC klubunun üzvləri üçün ən ucuz biletin qiyməti isə 99 dollardır (168,30 AZN).

Görüş UFC 249 turniri çərçivəsində aprelin 18-də Bruklində (ABŞ) keçiriləcək.

Nurməhəmmədovun aktivində 28 qələbə var. İdmançı bu günədək məğlub olmayıb. Ferqüsonun aktivində isə 25 qələbə və 3 məğlubiyyət var.

Gununsesi.org