Ən sərt tədbirlər görüləcək - MİLLİ ŞURANIN İSRARINA BAKI POLİSİNDƏN HƏDƏ GƏLDİ

  • By admin
  • 18 Oktyabr 2019 18:02

 

Məlum olduğu kimi Milli Şuraya daxil olan siyasi qüvvələr 19 oktaybrda 28 May metrosunun qarşısında mitinq keçirmək barədə qərar qəbul edib.

Qeyd edək ki, Bakı meriyası isə müxalif qüvvələrə paytaxtdan bir neçə kilometr uzaqda yerləşən Lökbatan stadionunu təkilf etsə də bundan imtina olunub.

Bu arada isə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi Nurullah Məmmdəxanlı bildirib ki, aksiyanın qarşısı alınacaq: “Ən sərt tədbirlərlə aksiyaya imkan verilməyəcək. Çünki, 28 May metrosu aksiya üçün yer deyil. Məqsəd qarşıdurma, təxribat yaratmaqdır”.

Milli Şura isə mitinqi vətəndaşların konstitusion haqqı adlandıraraq, əhalini meydana səsləyib.

Elmar

Gununsesi.org