Ən tərbiyəsiz turistlər hansı ölkələrə gedir? - SİYAHI AÇIQLANDI

  • By admin
  • 04 Aprel 2019 09:52
Təyyarə və dəmiryolu biletlərinin axtarış sistemi olan “Biletix” dünyanın ən “pis” turistlərini müəyyənləşdirməyə çalışıb. Rusiya, Çin və ABŞ-dan gələn turistlər hamını geridə qoyub.
Respondentlərin 44 faizi Rusiyadan gələn turistlərin onları qıcıqlandırdığını bildirib. 33 faiz müsbət fikir söyləyib. Rusiyalı turistlər əcnəbiləri daha çox hovuza qaçıb tullanmaqla və çimərliyi zibilləməklə əsəbiləşdirir. Çin turistləri isə getdikləri ölkələrdə yerli adamları möhkəm danışmaqla və çox ləng hərəkət etməklə qıcıqlandırır.

 

 

Yaxşı turist Yaponiyadan gələnlər sayılır. Almaniya və Fransa turistləri haqda da yüksək fikir deyilib.
Yanvarda Almaniyada buna oxşar sorğu keçirilmişdi. Almanlar da Rusiyadan gələnləri ən tərbiyəsiz turistlər adlandırmışdılar. Respondentlərin 60 faizi səs-küyü, 56 faizi spirtli içkiyə düşkünlüyü, 38 faizi kobudluğu, 24 faizi isə çoxlu selfi çəkdirməyi qeyd etmişdi. (Bizimyol.info)