Ərəb koalisiyası Yəmənə hava zərbələri endirib - 17 ÖLÜ, 20 YARALI

  • By admin
  • 31 Yanvar 2018 22:25

Ərəb ölkələri koalisiyasının Yəmənin Amran əyalətinə endirdikləri hava zərbələri nəticəsində azı 17 nəfər ölüb, 20-dən çoxu yaralanıb.

Gununsesi.info xəbər verir ki, koalisiya aviasiyası Əl-Kafla dairəsində körpü və bazarı bombalayıb.

Yəməndə üsyançı husilər (“Ənsər Allah” hərəkatı) və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar  arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.

Gununsesi.info