Ərəb milyarder sevgilisindən ayrılan Rihanna “qara”ya büründü – FOTO/VİDEO

  • By admin
  • 23 Yanvar 2020 14:35

Ötən həftə sevgilisi Səudiyyə ərəbistanlı milyarder Hassan Cəmildən ayrılan Barbados gözəli, məşhur müğənni Rihanna Britaniyanın “i-D” dərgisinin üz qabığına çəkilib.

Gununsesi.org xəbər verir ki, nəşrin “Rihannazine” adlı buraxılışında 31 yaşlı ulduz qara fərqli biçimli idman üslublu böyük ölçülü geyimlərdə kamera önünə keçərək, fotosessiya etdirib.

Rihanna ağ-qara fonda fotoqraf Mario Sorrentinoya kamerasına cazibədar pozlar verib.

Gununsesi.org