Ərəb şahzadələrinin saxlandığı lüks həbsxana otelə çevrilir – FOTOLAR

  • By admin
  • 15 Yanvar 2018 21:30

Səudiyyə Ərəbistanında şahzadələrin saxlandığı və “dünyanın ən lüks həbsxanası” kimi tanınan “Ritz-Carlton” yenidən otel olaraq fəaliyyət göstərməyə başlayacaq.

Gununsesi.info xəbər verir ki, paytaxt ər-Riyadda yerləşən dəbdəbəli həbsxanada “cəza çəkən” şahzadələrin həbs müddəti yaxın günlərdə başa çatır. Bundan sonra “Ritz-Carlton” otel kimi fəaliyyətə başlayacaq.

Oteldə 492 otaq var. Məlumata əsasən oteldə ən ucuz otağın bir gecəlik qiyməti 650 dollardır.

Gununsesi.info dünyanın ən lüks “həbsxana”sının fotolarını təqdim edir:

 

 

 

 

Gununsesi.info