Ərəb şahzadəsi polislərlə atışmada öldürülüb - İDDİA

  • By admin
  • 06 Noyabr 2017 23:33

Gununsesi.info xəbər verir ki, Səudiyyə Ərəbistanında barəsində həbs qərarı çıxarılan keçmiş kralın oğlu Şahzadə Əbdüləziz bin Fahdın onu nəzarətə götürməyə gələn polislərə müqavimət göstərərkən öldürüldüyü iddia edilir.

Bu barədə təhlükəsizlik xidmətinin keçmiş xəfiyyəsi, ABŞ-da yaşayan Əli H. Sofan “Tvitter” sosial şəbəkəsindəki rəsmi hesabında məlumat verib.

Lakin Səudiyyə Ərəbistanının yerli xəbər qaynaqları bu iddianı təkzib edir, şahzadənin ürək çatışmazlığından dünyasını dəyişdiyini bildirir.

Gununsesi.info