Ər müəllimə arvadını şagirdi ilə tutdu - FOTOSUNU UŞAĞIN ATASINA YOLLADI

  • By admin
  • 17 Fevral 2019 10:30

15 yaşlı şagirdi ilə cinsi əlaqədə olan qadın müəllim 20 ay müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az Dailymail-ə istinadla xəbər verir ki, ABŞ-ın Massaçusets ştatında yaşayan 30 yaşlı Andrea Baber 15 yaşlı şagirdi ilə cinsi əlaqədə olduğuna görə 2 illik həbs cəzası alıb.

2017-ci ildə şagirdi ilə intim münasibətdə olarkən əri tərəfindən tutulan qadın yaşı 18-dən az olan şəxslə yatdığına görə cəzalandırılıb.

Araşdırmalar nəticəsində məlum olub ki, qadın müəllim şagirdinə marixuana da veribmiş.

O, Sprinqfilddəki “Logos Christian Academy”də müəllimlik edib.

Olayın üstü ərin arvadını azyaşlı ilə yataqda tutması nəticəsində açılıb. Ər oğlanın atasına arvadı ilə olan şəkilləri göndərib. Şagirdin atası məsələ ilə bağlı polisə müraciət edib.

Cinsindən, könüllü və ya məcburi olmasından asılı olmayaraq yaşı 18-dən az olanla cinsi əlaqədə olmaq təcavüz sayılır və cinayətdir.

Ər müəllim arvadını şagirdi ilə yataqda tutdu, şəkillərini çəkib, uşağın atasına göndərdi - FOTO