Ər öz arvadını yataqda başqa kişi ilə tutdu

  • By admin
  • 06 Noyabr 2017 23:22

Türkiyənin Kırklareli rayonunun Babaeski qəsəbəsində 37 yaşlı Özkan E. iddiaya görə, evinin yataq otağında 39 yaşlı həyat yoldaşı Saadet E. ilə intim münasibətdə olarkən tutduğu 48 yaşlı aşpaz Ayhan K.-nı bıçaqlayaraq öldürüb.

Gununsesi.info Milliyet-ə istinadən xəbər verir ki, həyat yoldaşını isə yaralayan Özkan E. polislər tərəfindən saxlanılıb.

Özkan E. iddiaya görə 1 uşaq anası olan həyat yoldaşı Saadet E.-nin son zamanlar onu aldatdığından şübhələnməyə başlayıb. Arvadını izləməyə başlayan Özkan E. dünən gecə “Gecə növbəsinə gedirəm” deyərək saat 20:00 radələrində evindən çıxıb. Bir yerdə gizlənən Özkan E. evinə gələn olub-olmadığını izləməyə başlayıb. Bu məqamda evinə bir kişinin girdiyini görən Özkan E. bir müddət gözlədikdən sonra açarla qapını açaraq evə girib. Yataq otağına yaxınlaşan Özkan E. həyat yoldaşı Saadet E. ilə Ayhan K.-nin intim münasibətdə olduğunu görüncə dəliyə dönüb. Özkan E. mətbəxdən götürdüyü çörək bıçağıyla Ayhan K. ilə arvadı Saadet E.-yə hücum edib. Hər ikisi aldıqları bıçaq zərbəsindən qan içində uzalı qalıb.

Qışqırıq səsini eşidən qonşuların xəbəri ilə olay yerinə polis və sağlamlıq personalı gəlib. İçəri girən polislər Özkan E.-ni güclə təsirsiz hala gətirərək nəzarətə götürüblər. Təcili yardım maşını ilə xəstəxanaya çatdırılan yaralılardan aşpaz Ayhan K. həkimlərin müdaxilələrinə baxmayaraq dünyasını dəyişib. Saadet E.-nin müalicəsi isə davam edir.

Polis olayla bağlı istintaqa başlayıb.

Gununsesi.info