Ərdoğan 20 Yanvar şəhidlərini anıb

  • By admin
  • 20 Yanvar 2018 20:10


Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan 20 Yanvar 1990-cı ildə Azərbaycanın azadlığı uğrunda şəhid olanları ehtiramla yad edib.

“Report” “Anadolu” xəbər agentliyinə istinadən xəbər verir ki, Türkiyə prezidenti bununla bağlı “Twitter”də paylaşım edib.

“28 il əvvəl Azərbaycanın müstəqilliyi uğrunda canını fəda edən 20 Yanvar şəhidlərinin ehtiramla yad edirəm. Azərbaycanlı qardaşlarımızın kədərini paylaşıram. Türkiyə olaraq həmişə Azərbaycanın yanında olacayıq”, – deyə o bildirib.

Türkiyə prezidenti paylaşımında Azərbaycan və Türkiyə bayraqlarından və #20Yanvar həştəqindən istifadə edib.

 

Gununsesi.info