“Ərdoğan da Atatürkdür”  - KILIÇDAROĞLU

  • By admin
  • 05 Dekabr 2016 10:04

klicirdaloglu

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, FETÖ-yə qarşı mübarizə aparan və son günlərdə qardaşı CHP başçısı Kamal Kılıçdaroğlunu tənqid etməsi ilə gündəmdə olan Cəlal Kılıçdaroğlu yenə hər kəsin diqqətini cəlb edib. Belə ki, o, Ərdoğanı Atatürkə bənzədib.

Cəlal Kılıçdaroğlu Türkiyənin Bəyaz TV telekanalında iştirak etdiyi proqramda bu fikirləri söyləyib: “Ərdoğan Atatürkün kürsüsündə oturan bir şəxsdir. O da bir Atatürkdür. Türkiyə Cumhuriyyətində prezident olan hər kəs Atatürkdür”.

Nigar Cəfərli

Gununsesi.info